Zahid Avşar Eloğlu’ dan İnciler « Samsun Mega Haber

17 Nisan 2024 - 23:09

Zahid Avşar Eloğlu’ dan İnciler

Zahid Avşar Eloğlu’ dan İnciler
Son Güncelleme :

08 Mart 2022 - 12:56

Quliyev Zahid Hacıqulu oğlu 1952- ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetini bitirmişdir.

Hal-hazırda N. Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. “Yadıma sən düşürsən” ( Bakı – Şirvannəşr – 2005 ) , “Dağlar dağımdır mənim” ( Bakı – Şirvannəşr – 2008 ) , “Şəhriyarla söhbət” (Bakı – Yazıçı –2011 ) , “ Haqdan gələn səs “ ( Bakı –Yazıçı -2011), Qoca palıdın dastanı” (Bakı, Elm və Təhsil-2021) kitablarının müəllifidir.

2011 – ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şair Orta AsiyaYazarlar və Tarixçilər Birliyi Yönetiçiləri Konseyi “Yanqi Ovoz”, Böyük“ Turan Birimdiqi” medalı tətif olunub. Prezident təqaüdçüsüdür.

 

QARABAĞ

Burda hiddətlidir hər daş, hər qaya,

Dağların təkindən qöy qopub gəlir.

Qıy qıya bağlıdır, burda, hay haya,

Çaylar da Heyratı üstə dincəlir.

Zirvələr əl atıb uca göylərə,

Çınqıllar nər kimi diz-dizə durur.

Dərə var, mən dərə deyim ey… sənə,

Helləsən hellanı yollarda yorur.

Uzaqda dolanan min bölük bulud,

Bir topa dumanın toruna düşür.

Dərin kahalara sürünən sükut,

Çaxan ildırımın qoruna düşür.

Bir də görürsən ki, iki ər kimi,

Buludlar qeyzlə baş-başa gəlir.

Şimşək qılıncını sıyırıb göylər,

Elə bil, dünyanın bağrını dəlir.

 

Şıdırğı bir yağış döyür dağları,

Selovlar kükrəyib limhəlim olur.

Qorxudan yarılır qayanın bağrı,

Buludlar sıxılıb bir əlçim olur.

Bu yerdə Vaqifin, Xurşudbanunun,

Cabbarın, Seyidin ruhu dolanır.

Od oğlu Babəkin, Qoç Koroğlunun,

Dədəmiz Qorqudun odu qalanır.

Bir az asta yeri, ehtiramla gəz,

Bu torpaq ərənlər torpağıdır, bil.

Keçilməz qaladır burdakı hər gəz,

Bu yurd əyilməyib, əyilən deyil.

Bu yerin hər qarış torpağı, daşı,

Ana laylasıyla yoğrulub, bişib.

Bu döyüşkən yurdun bəlalı başı,

Döyüşə-döyüşə müqəddəsləşib.

 

ŞUŞA

Çəmənlər al-əlvan bir xalı kimi,

Meşələr nənəmin yun şalı kimi,

Çaylar sonsuzluğun timsalı kimi,

Dərələr boyunca baş alıb gedir,

Dağların köksündən boşalıb gedir.

Əfsanə söyləyir bulağı, çayı,

İsağın, Musağın harayı, hayı,

Kəkliyin gülüşü, qartalın qıyı,

Elə bil yerimdən qoparır məni,

Nağıl dünyasına aparır məni.

Burda küləklər də muğam oxuyur,

Kəkotu, qantəpər ətir qoxuyur,

Buludlar leysandan hana toxuyur,

Ərişi, arğacı billurdan təmiz,

İlməsi tər-təzə bənövşə, nərgiz.

Yalçın qayaların qaşı sirlidir,

Torpağı sirlidir, daşı sirlidir,

Hər evin, barının yaşı sirlidir,

Sanki əsrlərdən uludur, Şuşa,

Nədən söhbət açsam, doludur, Şuşa.

VƏTƏN, AY VƏTƏN

İzin ver, başımı qoyum qoynuna,

Körpə balan kimi yatım, ay Vətən.

Uzun qollarımı, salım boynuna,

Arzuya, kamala çatım, ay Vətən.

Qeyrətin ilqarım, şöhrətin tacım,

Sən mənim vüqarım, mən sənin acın,

Gendə havadarım, darda əlacım,

Məzarda əcdadım, zatım, ay Vətən.

Üçrəngli bayrağın başımdan uca,

Yenilməz tarixin yaşımdan uca,

Harda bir torpaq var daşından uca,

Qanımı qanına qatım, ay Vətən.

İzin ver, qoynunda yatım, ay Vətən.

 

GEDIB

Hönkürüb ağladı qara buludlar,

El köçüb, elə bil, balası gedib.

Yalçın qayaların çiynindəki qar,

Tərpəndi, döşünün qalası gedib.

Göylər qılıncını döydü dəmirə,

 

Səs səsə qarışdı, səmir səmirə,

Küləklər atılıb göy Göydəmirə,

Çapdı, ormanların talası gedib.

Bulağın başında yalnız bir sənək,

Dolanır başına xallı kəpənək,

Torpağın yalına yatıb biçənək,

Yaşıl çəmənlərin lalası gedib.

Quzğunlar leş gəzir, qurdlar uladı,

Boz ayı anqırıb quyruq buladı,

Duz gəzən əliklər dırnaq yaladı,

Ayıldı, yanından xalası gedib.

Xəcalət tərinə bürünüb meşə,

Axıb, yarğanlara sürünüb meşə,

Qudurmuş buludlar gəldi döş-döşə,

Əyildi, döşünün cilası gedib.

Bu bir röyadımı, yoxsa, bir nağıl?

Nə məndə baş qalıb, nə başda ağıl,

Bir “Keçi” şeirinə bənzəyir, mağıl,

Bulası qalıbdı, alası gedib.

YORUM YAP

YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.

İstanbul escort kızlar İzmit escort kızlar Kayseri escort kızlar Eskişehir escort kızlar Konya escort kızlar Kocaeli escort kızlar Mersin escort kızlar Alanya escort kızlar İzmir escort kızlar Bursa escort kızlar Diyarbakır escort kızlar Kuşadası escort kızlar Denizli escort kızlar Bodrum escort kızlar Marmaris escort kızlar Muğla escort kızlar Gaziantep escort kızlar Antalya escort kızlar